Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaparlı kəndi ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini, 1973-cü il təvəllüdlü Şirinov Qərib Fərman oğlu idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.