Ermənistanda daha 429 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 49 072-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 948-ə çatıb. İndiyədək 43 576 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 253 aktiv koronavirus xəstəsi var.