Bu mövsüm "Real"dan "Everton"a keçən Xames Rodrigesin keçmiş həyat yoldaşı Daniela Ospina uzun müddətdən sonra boşanmasının səbəbini açıqlayıb.

Unikal.org xəbər verir ki, kolumbiyalı futbolçu ilə 6 il evli olan keçmiş voleybolçu ərinin ona xəyanət etdiyini öyrəndikdən sonra ayrılmaq qərarına gəlmişdi.

Daniela xəyanətə uğrasa da, qızlarına görə keçmiş əri ilə münasibətlərinin normal olduğunu bildirib:

"Birlikdə davam edə bilməyəcəyimizi anladığımız anda qızımızı, ona olan sevgimizi və bir-birimizə olan hörmətimizi ön planda tutduq. Xames gözəl insandır, qızımın atasıdır. Həyata keçirmək istədiyim çox arzular var idi, amma olmadı. 

Onunla münasibətlərimiz mükəmməl idi.

Dalaşa-dalaşa evliliyi davam etdirməkdənsə, bitirmək qərarına gəldik. Bir şey işə yaramayanda bunun səbəbi bəlkə də bir çox şeydə uğursuzluq yaşamaqdır. Sevdiyim, hörmət etdiyim və dəyər verdiyim o insanla anidən dava etməyə başlayıb, problemlər yaratmaqdansa, gözəl bir sonu seçən insanam". 

Qeyd edək ki, Daniela Ospina "Napoli"də çıxış edən David Ospinanın bacısıdır.