Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor Dieqo Sançesin çağırışına razılıqla cavab verib.

Unikal.org xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki hesabında yazıb.

38 yaşlı Sançes bildirib ki, karyerasında son təkbətək döyüşünü irlandiyalı ilə keçirmək istəyir. Makqreqor Mütləq Döyüş Çempionatının (UFC) veteranı ilə döyüşə hazır olduğunu etiraf edib.