Dünyada 4,5 milyard insan internetdən yararlanır. Onların 3,8 milyardı isə sosial media istifadəçisidir. Dünya əhalisinin təxmini 60%-nin internetə çıxışı var. Statistikaya görə, 2020-ci ildə internet istifadəçilərinin 58%-i fərdi məlumatların təhlükəsizliyinə görə, narahatlıq keçirir.

Unikal.org ted.az-a istinadən sosial mediada fərdi məlumatların təhlükəsizliyini qorumağın  yollarını təqdim edir:

-Paylaşmazdan öncə düşünün

Sosial mediada paylaşılan post sonradan silinsə belə, bu data internetdə qalır. Sadəcə hər kəsə açıq şəkildə paylaşılmır. Elektron poçt vasitəsilə sosial media paylaşılan, amma sonradan silinən postlara müdaxilə etmək mümkündür.

-Hər tətbiqə cihaza daxil olmaq hüququ verməyin

Hansısa tətbiqdən ilk dəfə istifadə etdikdə sistem telefondakı fayllara daxil olmaq üçün icazə tələb edir. Bu məqama diqqət etmək, fərdi məlumatların mühafizəsi baxımından önəmlidir.

-Başqalarının mobil cihazları ilə hesabınıza daxil olmayın

Sosial media platformaları reklamverənlərə xidmət göstərmək məqsədilə gəzdiyiniz veb-saytlar, axtarış bölməsindəki səhifələri yaddaşda saxlayır. Başqa telefon və ya kompüterdən daxil olmaqla bu dataların sosial şəbəkə tərəfindən yenidən işlənməsinə səbəb olursunuz.

-Güvənli olmayan linklərə daxil olmayın

Daxil olduğunuz linkin SSL ilə qorunduğuna diqqət edin. "Http" ifadəsinin sonunda "s" hərfi də olmalıdır. Unutmayın ki, heç bir sosial şəbəkə link yollayaraq istifadəçidən hesab, elektron poçt və s. istəmir. Bu yalnız digər şəxslər tərəfindən dataların ələ keçirilməsi məqsədi daşıyır.