Bakı şəhərinin Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan restoranın bacasında yağ qalıqları yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Restoranın qalan hissəsi və tutumu 50 l olan 1 ədəd məişət qaz balonu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

23:19

“Bir az əvvəl Təbriz küçəsində iaşə obyektində yanğın baş verib. Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb”.

Unikal.org xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.