Bu il Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasında plan yerləri 100 faiz dolub.

Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, Azərbaycan  Milli Konservatoriyasında plan yerləri 98 faiz, Azərbaycan Dillər Universitetində 95 faiz, Bakı Dövlət Universitetində 93 faiz dolub: "Bunlar çox yüksək göstəricilərdir. Qəbul planı ən aşağı faizlə dolan Azərbaycan Kooperasiya Universitetidir - 62%, Azərbaycan Əmək və Sosial Akademiyası da aşağı faizlə dolan universitetlər sırasındadır. Bu il kifayət qədər subbakalavr da ali məktəblərə qəbul olunub. Ən çox subbakalavr Gəncə Texnologiya Universitetinə qəbul olunub- 36 faiz. Subbakalavrların 53 faizi isə Bakı Biznes Universitetinə qəbul olub".