Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Muradov Ədalət Cəlal oğlu ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "Şöhrət" ordeni ilə təltif edilib.