Fransa çempionu PSJ-nin hücumçusu Anxel Di Mariya 4 oyunluq yaşıl meydanlardan uzaq qalacaq.

Unikal.org xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi qərar qəbul edib. Argentinalı hücumçu Liqa 1-in 3-cü turu çərçivəsində qarşılaşdıqları və 0:1 hesabı ilə uduzduqları Marsel “Olimpik”i ilə matçda rəqib futbolçu Alvaro Qonsalesə tüpürdüyü üçün cəzalanıb.

Diskvalifikasiya sentyabrın 29-dan qüvvəyə minəcək.