Rusiyanın Moskva şəhərində üç piyadanı vuran azərbaycanlı reper Elmin Quliyev həbs edilib.

Unikal.org Rusiya KİV-nə istinadla xəbər vrir ki, yerli məhkəmə onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.

Quliyev məhkəmədə narkotik maddələr qəbul etdiyini və bunu kürəyindəki ağrılar səbəbindən istofadə etdiyini boynuna alıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Elmin Quliyev bu qəzaya qədər 49 dəfə yol hətəkət qaydalarını pozubmuş və dələduzluğa görə saxlanılıbmış.