UEFA 2019/2020 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb. 

Unikal.org UEFA-nın saytına istinadən xəbər verir ki, “Bavariya”dan Manuel Noyer və Robert Levandovski, “Mançester Siti”dən isə Kevin de Bruyne ən yaxşı futbolçu adına namizəddir. 

“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik, “Leyptsiq”in çalışdırıcısı Yulian Naqelsmann və “Liverpul”undan Yurgen Klopp ən yaxşı baş məşqçi adına namizəd olublar. 

Qaliblər oktyabrın 1-də, Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.