“Azərbaycan rəsmiləri ilə aparılan söhbətlər zamanı hər iki ölkənin prezidentləri – Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı zamanı qaldırılan məsələlərin həlli üçün birgə səylərin artırılması qərara alınıb”.

Unikal.org xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.

O bildirib ki, Rusiya Azərbaycanla həyatın bütün sahələrində o cümlədən, diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.