Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.

Unikal.org-un məlumatına görə, bu barədə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov məlumat verib.

Onun sözlərinə görə, zavod 2012-ci ildə Almaniya texnologiyası ilə inşa edilib. Burada Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir:

"Zavodda 170-dən artıq Balaxanı sakini daimi işlə təmin olunub. Bu günə kimi, çeşidləmə zamanı tapılmış 1200-dən artıq müxtəlif növ sənəd toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub".