Beldə ağrılar mədəaltı vəzinin xərçəngindən xəbər verə bilər.

Unikal.org xəbər verir ki, bu barədə “Express” nəşri “Cancer Research UK” mərkəzinin mütəxəssislərinə istinadən yazır.

Həkimlər qeyd edirlər ki, mədəaltı vəzinin xərçəngi bu orqanın yerləşmə xüsusiyyətlərinə görə çox vaxt fəqərələrarası disklərin xəstəlikləri ilə qarışıq salınır. Eyni zamanda ağrı qarın nahiyyəsində başlayıb bel hissəyə yayıla bilər.

“Diskomfort üfiqi vəziyyətdə olanda daha da güclənir, siz oturanda isə azalır. Vəziyyətiniz yeməkdən sonra ağırlaşa bilər. Bütün bunlar müəyyən sinirlərin zədələnməsi ilə əlaqəlidir”, - deyə həkimlər izah edirlər.

Mütəxəssislərin sözlərinə görə, əgər beldə zədə yoxdursa və bu nahiyyədəki ağrılar çəkilmirsə, mütləq həkimə müraciət etmək lazımdır.