Göyərtəsində ABŞ vitse-prezidenti Mayk Pensin olduğu təyyarə quşla toqquşub.

Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, hadisə təyyarə havaya qalxdıqdan dərhal sonra baş verib.

Məlumata əsasən, quşla toqquşmadan sonra təyyarə "ehtiyat tədbiri kimi" Nyu-Hempşir ştatının hava limanında eniş edib.

Bildirilir ki, M.Pens Vaşinqtona başqa təyyarə ilə qayıdacaq.