Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin 12 vilayətində FETÖ/PDY terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 17 nəfər həbs olunub.

Məlumata görə, onlardan bəziləri Türkiyə Silahlı Qüvvələrində və Daxili Qoşunlarda xidmətdə olan şəxslərdir.