Fransada son sutka ərzində koronavirusa 10 008 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, ölkə üzrə ümumi yoluxma sayı 468 069 nəfərə yüksəlib. Son sutkada 78 pasiyent COVID-19 infeksiyasından dünyasını dəyişib.

İndiyədək 31 416 nəfər pandemiyanın qurbanı olub, 93 538 xəstə sağalaraq evə buraxılıb.