ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə Rusiyalı müxalifətçi Aleksandr Navalnı ilə bağlı vəziyyəti müzakirə etməkdən imtina edib.

Unikal.org xəbər verir ki, brifinqin stenoqramı ABŞ-ın prezident administrasiyası tərəfindən dərc olunub.

Brifinq zamanı Trampdan soruşulub ki, onun fikrincə, Navalnını Rusiyada kim zəhərləyib. ABŞ lideri əvvəlcə sualı yenidən təkrarlamağı xahiş edib. Lakin sonra bildirib: “Biz bunu başqa vaxt müzakirə edərik”.