Xaçmaz rayonunun Çinartala kəndində bağ ərazisində 1,5 ha sahədə kol-kos, quru ot və 100 ədəd meyvə tingi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.