Samux rayonunun Qarabağlar kəndində fərdi yaşayış evində yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 144 kv/m olan birmərtəbəli evin yanar konstruksiyaları 12 kv/m sahədə və dam örtüyü 124 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.