Nyu-York polisinin əməkdaşı Çin Xalq Respublikasının Baş Konsulluğunun diplomatlarına gizli məlumatları ötürmək ittihamı ilə saxlanılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  33 yaşlı polis çinli diplomatların “göstərişi və nəzarəti altında” Nyu-York şəhərində yaşayan etnik tibetlilərin fəaliyyəti barədə məlumat ötürməkdə şübhəli bilinir. Əslən çinli olan polis əməkdaşı 2018-ci ildən etibarən Çin konsulluğunun bir əməkdaşı ilə daimi əlaqə saxlayıb.

Bildirilib ki, polis çinli diplomatları Nyu-York Polis İdarəsi rəhbərliyinin də qatıldığı qapalı tədbirlərə girişlərini təşkil edirmiş.