ABŞ Prezidenti Donald Tramp 3 noyabr prezident seçkilərinin keçiriləcəyi Ohayo ştatının Dayton şəhərində seçicilərinə müraciət edib.  

Unikal.org xəbər verir ki, Tramp, keçiriləcək prezident seçkilərinin Demokrat rəqibi Co Bayden  üçün əhəmiyyətli olduğuna işarə edərək, "Bayden qalib gəlsə, tarixdəki ən pis namizədi ilə seçkiləri uduzacağam"- deyə şərh edib. 

Həmçinin də,  Donald Tramp keçmiş Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton haqqında, "Əgər bu axmağı dinləsəydim, indi 5-ci dünya müharibəsində olardıq"- deyə ifadə işlədib.

Sonda Tramp, yeni koronavirus növünə (Covid-19) qarşı mübarizələrini davam etdirdiklərini vurğulayaraq, "Bu ilin sonunda və ya erkən tarixdə möhtəşəm bir peyvəndimiz olacaq. Gələn il bu pandemiyaya son verəcəyik" - deyə qeyd edib.