Əməkdar artist Elza Seyidcahan növbəti dəfə tənqidi fikirlər səsləndirib.

Unikal.org xəbər verir ki, müğənni ARB TV-nin “Xəbər-ətər” verilişində olarkən musiqi təhsili olmayanlar barəsində fikir bildirib.

“Sentyabrın 18-də Musiqi günü idi. Jurnalistlər mənə sual verdi ki, bu günlə bağlı nə deyə bilərsiniz? Dedim, təəssüflər olsun ki, musiqi təhsili olmayanlar musiqidən dərs keçirlər. Onlar not bilmirlər. Amma buna baxmayaraq, fəxr edirəm ki, konservatoriyamızda gözəl musiqiçilər yetişdirilib”- deyə ifaçı qeyd edib.