Çexiyanın Səhiyyə naziri Adam Voytex ölkədə koronavirusa yoluxma sayının kəskin artması fonunda istefa verib.

Unikal.org xəbər verir ki, bu barədə nazir özü açıqlama verib.

O, istefa ərizəsini Baş nazir Andrey Babişə təqdim etdiyini bildirib. Bildirək ki, Çexiyada son günlərdə gündəlik 2 minə yaxın yoluxma qeydə alınır.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 49 290 nəfərə çatıb, 503 nəfər həyatını itirib.