Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib.

Unikal.org-un məlumatına görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu doğulduğu Tovuz rayonunun Qazqulu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. 

*** 14:39

Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov son mənzilə yola salınır. 

Unikal.org xəbər verir ki, rayonun Qazıqulu sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin  əməkdaşları şəhidlə vidalaşmaq üçün onun evinə toplaşıb.  (oxu.az)