ABŞ Prezidenti Donald Trampa içərisində zəhərli risin maddəsi olan paket göndərilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, az miqdarda belə insan ölümünə səbəb olan maddənin qoyulduğu paket Ağ Evin təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.  

2 dəfə test edildikdən sonra zəhərin mövcudluğu təsdiq edilib. Faktla bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Prezidentin mühafizəsinə məsul olan Gizli xidmət araşdırmalara başlayıb. Ağ Evdən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.

Qeyd edək ki, risin sianid turşusundan 6 min dəfə daha zəhərlidir. Qaz şəklində dağılarkən ağciyər çatışmazlığına səbəb olan bu maddə 36-72 saat ərzində nəfəs çatışmazlığı yaradır. Risinə məruz qalan insan üçün antidot yoxdur.