Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

Unikal.org-un xəbərinə görə, müsahibə yaxın saatlarda yayımlanacaq.

Qeyd edək ki, bu gün dövlət başçısı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Televiziyalara müsahibə mərasimdən sonra verilib.