Koronavirüs pandemiyası səbəbi ilə insanlar şəhərlərdən kəndlərə axın etsə də, İzmirin bir kəndi ən çox sosial məsafəsi geniş olması və sakinlərinin sayının az olması ilə tanınır.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, İzmirin Ödəmiş kəndinin cəmi 5 sakini var. Koronavirus qaydalarına riayət edən kənd sakinləri sosial məsafə problemləri olmasa da maskasız hərəkət etmədiklərini deyirlər. Kəndin əhalisinin ən çox olduğu dövr isə illər əvvəl olub, o zamanlar da sakinlərin sayı 10 nəfərdən çox olmayıb. 

Qeyd edək ki, insanlar bu kənddən 30 ildir uzaqlaşıb, uzaqlaşmalarının səbəbi isə elektrik çatışmazlığı və əlverişli torpağının olmamasıdır.