“TRT-1” kanalında yayımlanan “Kalk gidelim” serialında maraqlı anlar yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, çəkiliş zamanı Məryəm obrazını canlandıran Aslı Omağ çayda boğulma səhnəsini canlandırarkən bir turist hadisənin həqiqət olduğunu zənn edib onu xilas etmək üçün suya tullanıb.

Turistin nümunəvi hərəkətinə görə film heyəti turisti təbrik edib, onunla xatirə fotosu çəkdiriblər.