Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü Babayev Elvin Vaqif oğlu bədənin çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanya yerləşdirilib.

Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bidirilir.

Məlumata görə, o, tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.