Türkiyədə COVİD-19-la bağlı karantin rejimini yenidən sərtləşdirə bilərik.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Çox təəssüf ki, əhali xəbərdarlıqlarımızı diqqətə almadı. Karantin rejimi bir az yumşaldıqdan sonra, başda Ankara və İstanbul olmaqla, bir çox şəhərdə yoluxma sayı kəskin artmağa başladı. İndi də karantin rejimini sərtləşdirməyə məcburuq. Bunu kefimizdən etmirik. Sadəcə xalqımızı düşünürük”, - Ərdoğan bildirib.