ABŞ hökuməti ölkə ərazisində Çinin “TikTok” və “WeChat” mobil tətbiqlərinin yüklənməsini qadağan edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  qərar sentyabrın 20-dən qüvvəyə minəcək.

Qeyd olunur ki, “Apple”, “Google” və digər şirkətlərə ABŞ-da Çin mobil proqramlarını platformalardan silmək tapşırılıb.

Bununla belə, hazırda bu proqramları işlədən istifadəçilərə onları silmək tapşırılmayacaq, amma proqramların yeni versiyalarını yükələmək mümkün olmayacaq.