Son sutka Fransada koronavirusa 10 593 yoluxma qeydə alınıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, ölkədə reanimasiyada olan pasiyentlərin də sayı artıb.

Məlumata görə, ölkədə 896 yoluxma ocağı mövcuddur, son bir gündə həmçinin 84 yeni ocaq aşkarlanıb.

Fransada koronavirusa ümumilikdə  415 481 nəfər yoluxub, 31 095 insan pandemiyanın qurbanı olub.