"3 noyabrda baş tutacaq prezident seçkilərinin nəticələri heç vaxt dəqiq olaraq məlum olmayacaq".

Unikal.org xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

O, seçkilərin bu il poçt üsulu ilə keçirilməsindən dolayı belə olacağını iddia edib.