Rus müxalifət lideri Aleksey Navalnı Nobel Sülh Mükafatına namizəd göstərilib.

Unikal.org  xəbər verir ki, bunu 17 sentyabr cümə axşamı ABŞ-dakı Rutgers Universitetinin professoru Sergey Yerofeyev “Facebook”da bildirib.

“Rusiya ilə əlaqəli tanınmış universitetin bir sıra professoru onu Nobel Sülh Mükafatına namizəd göstərdilər”- deyə Yerofeyev yazıb.

O, bu fikri dəstəkləyən elm adamları arasında əvvəllər Navalnının fəaliyyətinə mənfi münasibət bəsləyən, lakin fikirlərini dəyişdirənlərin olduğunu da əlavə edib.

Eyni zamanda, “Exo Moskva”ya verdiyi şərhdə Yerofeyev müvafiq profildəki istənilən professorun namizədlik üçün müraciət edəcəyini izah edib.

Xatırladaq ki, Navalnının harada zəhərləndiyini də açıqlanıb. Zəhərli maddə olan Noviçok Navalnının Tomskdan ayrılmadan əvvəl su içdiyi şüşə butılkanın üzərində tapılıb.