İngiltərənin "Midlsbro" komandasının baş məşqçisi Nil Uornokda koronavirus aşkarlanıb.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, test nəticəsi müsbət çıxmış 72 yaşlı mütəxəssis dərhal karantinə alınıb.

Xəstəliyi simptomsuz keçirən Uornok müalicəsi tamamlandıqdan sonra komandanın sükanı arxasına qayıdacaq.

Qeyd edək ki, Çempionşipdə mübarizə aparan "Midlsbro" sentyabrın 19-da çempionatda "Bornmut"u qəbul edəcək.