Çində “HNA Group” korporasiyasının sədri milyarder Çen Fenyuya dəbdəbəyə pul xərcləmək qadağan edib.

Unikal.org “South China Morning Post”a istinadla xəbər verir ki, buna səbəb şirkətin borclarıdır.

Artıq Fenyu məişətdə və işdə labüd olmayan əşyaları ala bilməyəcək.

Biznesmenə, həmçinin təyyarədə uça  və yüksəksürətli qatarlardan istifadə etmək qadağa olundu. O, mülk ala, bahalı təmir edə, yüksəködənişli hotellərdə yaşaya, klublara gedə və elit ofislər icarələyə bilməyəcək.