Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, təqdim olunan foto və video görüntülərdən aydın olur ki, hər hansı yanğın hadisəsi olmayıb: "Avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsilə nasazlıq qısa vaxtda aradan qaldırılıb. Avtobus depoya yola salınıb".