Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yolu keçmək istəyən 2 piyadanı "Volsvagen Passat" markalı maşın vurub. Onlardan biri hadisə yerində ölüb, digəri isə yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.