Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər dünyasını dəyişib, 1771 nəfər isə virusa yoluxub.

Unikal.org  xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 7 249-a, yoluxanların sayı isə 296 391-ə yüksəlib. Son 24 saat ərzində 1342 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. 

Ümumilikdə sağalan xəstə sayı 262 602-yə çatıb.