Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova  Xırdalan şəhər 2 saylı uşaq bağçasının mövcud vəziyyətilə yerindəcə tanış olmaq məqsədilə əraziyə baş çəkib. 

Unikal.org-un xəbərinə görə, İcra Hakimiyyətinin başçısına bildirilib ki, Xırdalan şəhər 2 saylı uşaq bağçası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. 

Belə ki, sözügedən bina 1937-ci ildə 1 mərtəbəli məktəb binası kimi inşa edilib. 

Daha sonralar kitabxana kimi sakinlərin istifadəsinə verilib. 1960-cı ildən isə bağça binasına çevrilib. Hazırda 6 qruplu, 120 yerlik uşaq bağçası kimi fəaliyyət göstərir. 

Bu məktəbəqədər təhsil müəssisəsinin bir hissəsinin 2018-ci ildə təmir olunduğu qeyd edilərək digər hissəsində də təmir işlərinin aparılmasının vacibliyi bildirilib. 

Bağçanın mövcud durumu ilə tanış olan İ.Gülməmmədova binada təmir işlərinin aparılması istiqamətində lazimi göstəriş və tapşırıqlarını verib.