ABŞ və NATO-nun hərbi-dəniz qüvvələri Qara dənizdə birgə təlimlər keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Birləşmiş Ştatların altıncı donanması tərəfindən yayılan məlumatda deyilir.

“Adriatik dənizdə aparılam əməliyyatdan sonra ABŞ və NATO-nun HDQ Qara dənizdə 2020-ci il sentyabrın 15-də yenidən birgə dəniz və hava təlimləri keçirib”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, manevrlərdə Amerikanın “Ruzvelt” esminetsi, ABŞ-ın HDQ-nin P-8 kəşfiyyatçı-təyyarəsi və NATO-nun bazası Almaniya Federal Respublikasında olan E-3A təyyarəsi iştirak edib. 

Manevrlərin əsas məqsədinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini daha yaxşı qorumaq üçün birgə müdafiəni təkmilləşdirmək olduğu bildirilir.