Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubu Azərbaycana gəlib.

Unikal.org-un məlumatına görə, İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Baş məşqçi Fatih Terim bu gün axşam saatlarında Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqini keçəcək. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.