Azərbaycan Bilyard İdman Federasiyasında kadr dəyişiklikləri aparılıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, pandemiya ilə əlaqədar olaraq federasiyada müəyyən sıxıntılar yaşanıb.  Bu səbəbdən qurumun rəhbəri Emil Tağıyev federasiyanın I vitse-prezident Kənan Məmmədov və vitse-prezident İlham Aslanovla rəsmən vidalaşmalı olub. 

Əldə etdiyimiz digər məlumata görə, federasiyaya yeni adminstrator Anar Məmıyev və vitse-prezident Fərid adlı şəxs  təyin olunub. 

Məlumatı 2 gündür qruma administrator təyin olunan Anar Məmıyev Unikal.org-a təsdiqləyib. 

Qeyd edək ki, Azərbaycan Bilyard İdman Federasiyasının rəhbəri Emil Tağıyev Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavinidir.  

***

ABİF-nın yeni vitse-prezidenti Fərid Novruzlu Unikal.org-a zəng edərək bildirib ki,  federasiya hazırda pandemiyaya görə fəaliyyətini dayandırıb.

"Federasiyada ixtisarlar yoxdur. Sadəcə olaraq qurumumuz pandemiya dövrü ilə əlaqədar olaraq  fəaliyyətini müvəqqəti dayandırıb. Özünü adminstrator kimi təqdim edən şəxs (xəbəri təsdiqləyən Anar Məmiyev: red) səhv məlumat verib. O yenidir və qurum haqqında düzgün məlumat verməyib.  Onu da bildirək ki, biz ictimai qurumuq. Heç ABİF-nin rəhbəri Emil Tağıyev də kimsəni federasiya üzvlüyündən çıxarmaq ixtiyarı yoxdur".  

Aygün İlqarqızı