Fransanın ən böyük şəhərlərindən olan Marsel və Bordoda bazar ertəsindən koronavirusla mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlər sərtləşdirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, çimərliklərin fəaliyyəti, qocalar evlərinə ziyarət etmək, həmçinin, açıq havada ictimai tədbirlərdə iştirak və s. qadağan edilib.

Regional Səhiyyə idarəsinin rəhbəri Filip de Mester bildirib ki, bu qərar son həftələrdə COVID-19 infeksiyasına yoluxma hallarının daha da artması ilə əlaqədar qəbul edilib. 

Provence-Alpes-Cote d’Azur bölgəsinin rəhbəri isə əlavə edib ki, 10 nəfərdən çox insanın qrup halında toplaşması, eləcə də məktəblilərin kollektiv gəzintisi, tələbə məclisləri də qadağan edilib.

Qeyd edək ki, vəziyyətdən asılı olaraq sərt məhdudiyyətlər oktyabrın 1-dək qüvvədə saxlanılacaq.