ABŞ-ın Pensilvaniya ştatında 27 yaşlı Rikardo Munyos adlı şəxsin polis tərəfindən öldürülməsinə etiraz olaraq növbəti aksiya başlayıb.

Unikal.org xəbər verir ki,  etiraz aksiyası ştatın Lankaster şəhərində keçirilib.

Polis idarəsinin binası yaxınlığına toplanan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Qeyd olunur ki, R.Munyosun öldürülməsi ilə bağlı insident sentyabrın 13-də baş verib. Həmin şəxsi qətlə yetirən polis müvəqqəti vəzifədən kənarlaşdırılıb.

Xatırladaq ki, son bir neçə ay ərzində ABŞ-ın bir neşə ştatında polis zorakılığına qarşı etiraz aksiyaları davam edir.