Türkiyədə son sutka ərzində koronavirusdan daha 57 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin "covid19.saglik.gov.tr" saytında yazılıb.

Qeyd  olunub ki, son 24 saatda 96 097 şübhəli koronavirus testindən keçib, onlardan 1527-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1267 nəfər olub, 1102  xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 291 162 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 258 833 nəfər sağalıb, 7056 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində yazıb ki, 125 246 nəfərin "həyat evə sığar" (HES) koduyla kütləvi nəliyyatdan istifadəsi  COVID-19 infeksiyasını yaymaq baxımından riskli olduğuna üçün bu insanların nəqliyyatdan istifadəsi qadağan edilib.