Ermənistanda son sutka ərzində 187 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikla.org xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 45 862-yə çatıb.

Son sutkada virusdan daha 5 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 916-ya çatıb.