Sinqapur alimləri koronavirusa yoluxmanın simptomlarını müəyyənləşdirə bilən maska hazırlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, maskada nəbz, bədəninin istiliyi, təzyiq, nəfəsalma vəziyyəti və digər əlamətlər barədə məlumat toplayan sensorlar quraşdırılıb.

Həkimlərin xəstənin vəziyyətini və onda baş verən dəyişiklikləri qiymətləndirə bilməsi üçün sensorlar hər yarım saatdan bir mobil telefondakı xüsusi əlavə vasitə ilə xəstənin səhhəti barədə məlumat ötürürür.

Fərdi qoruyucu vasitələrdəki xüsusi materialla örtülmüş çiplər alınan məlumatlara qarşı həssas olmaqla yanaşı, həm də rütubətə davamlıdırlar.

Hazırda maskanın qiyməti 36 dollardır. Lakin kütləvi istehsal zamanı onun qiyməti 14,6 dollara qədər düşə bilər.