Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Mehdili kəndində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Cəfərov Müslüm İsmi oğlu atla hərəkətdə olarkən onu “VAZ-2107” markalı minik avtomobili vurub. Nəticədə M.Cəfərov hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına yerləşdirilib, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. M.Cəfərov cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.